Polşa müharibəyə hazırlaşır: Vərəqələr göndərildi
Polşa hərbçiləri və mülki şəxslər səfərbərlik vərəqələri almağa başlayıblar. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Polşanın “RMF 24” radiostansiyasının məlumatında deyilir. "Ordu əvvəlcədən insanları konkret tapşırıqlara təyin etmək üçün səfərbərlik vərəqələri göndərir. Bu yolla böhran vəziyyətində hər şeyi sıfırdan təşkil etməyə ehtiyac qalmayacaq", - deyə bildirilib. Vərəqələr ehtiyatda olan hərbçilər, eləcə də həkimlər, İT və logistika mütəxəssisləri kimi əsas hərbi sektorlardakı müəyyən mütəxəssislər üçün nəzərdə tutulub. Həmçinin qeyd olunur ki, vərəqlər enerji, nəqliyyat, rabitə və ya inzibati xidmətlərdə çalışan mülki şəxslərə də göndərilə bilər.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















