Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Ağstafada iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Qəza zamanı 2007-ci il təvəllüdlü E.Fərəcov, 2007-ci il təvəllüdlü B.Həsənov və 2007-ci il təvəllüdlü T.Məmmədov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib. Hazırda onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş:





















