İcra başçısının sürücüsü faciəli şəkildə öldü + FOTO
Zaqatalada ağır yol qəzası olub. Mediaxeberleri.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2199"un sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir. Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. Faktla bağlı araşdırma aparılır.

Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















