Dövlət Radiotezliklər İdarəsi 476 mini bu istiqamətə xərcləyəcək - İcraçının vergi borcu var
Dövlət Radiotezliklər İdarəsi informasiya texnologiyaları avadanlıqlarının və mövcud şəbəkə üçün malların (lisenziya, kamera, telefon və s.) alınmasına 476 425 AZN xərcləyəcək. Mediaxeberleri.Az-ın xəbərinə görə, iş “Caspian Technology Group” MMC-yə verilib. İdarə və MMC-nin bağladığı müqavilə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Rəhbəri Tariyel Tofiq oğlu Vahabov olan icraçı şirkətin dövlətə 16 335 AZN borcu var.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















