Prostat xərçənginə qarşı yeni ümid: Təsirli anticisim hazırlandı
ABŞ alimləri aqressiv prostat xərçənginə qarşı perspektivli nəticələr göstərən yeni tam insan mənşəli anticisim hazırlayıblar. Tədqiqat zamanı müəyyən edilib ki, bu anticisim xərçəng hüceyrələrinin böyüməsini ləngidir, onların digər orqanlara yayılmasının qarşısını alır və şişin inkişafında mühüm rol oynayan bioloji mexanizmləri bloklayır. Mütəxəssislərin sözlərinə görə, yeni preparat laboratoriya və heyvanlar üzərində aparılan sınaqlarda ümidverici nəticələr göstərib. Alimlər hesab edirlər ki, anticisim gələcəkdə aqressiv prostat xərçənginin müalicəsində istifadə olunan mövcud üsulları daha effektiv edə və xəstələrin sağ qalma göstəricilərini artırmağa kömək edə bilər. Hazırda preparatın insanlar üzərində klinik sınaqlarına hazırlıq görülür. Tədqiqatçılar bildirirlər ki, sınaqlar uğurlu olarsa, yeni anticisim prostat xərçənginin müalicəsində mühüm yeniliklərdən birinə çevrilə bilər.





















