Daha üç xəstəxananın direktoru işdən çıxarıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramovun qərarı ilə Gəncə şəhər Birləşmiş Xəstəxananın direktoru İlkin İsmayılovu vəzifəsindən azad edilib. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, İ.İsmayılov 2023 cü ildən bu vəzifədə çalışıb. *** Respublika Neyrocərrahiyyə Xəstəxanası, Şəki və Şirvan Rayon Mərkəzi Xəstəxanalarının direktorları vəzifələrindən azad ediliblər. Unikal-ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















