UEFA Çempionlar Liqası: PSJ - "Bavariya" matçında doqquz qol vuruldu - VİDEO
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə PSJ - "Bavariya" matçı ilə start verilib. Mediaxeberleri.Az xəbər verir ki, Parisdəki "Park de Prens" stadionunda keçirilən qarşılaşmada doqquz qol vurulub. Fransa təmsilçisi rəqibindən üstün olub - 5:4. Tərəflər arasında cavab görüşü mayın 6-da keçiriləcək. Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 29-da olacaq. "Atletiko Madrid" doğma meydanda "Arsenal"ı qəbul edəcək. Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən PSJ - "Bavariya" matçından hazırlanmış videoicmalı təqdim edirik:
Oxunub: 41
Xəbəri paylaş
Paylaş:





















