Premyer Liqa: "Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu komandaların 1-ci dövrədəki görüşündə heç-heçə qeydə alınıb, 2-ci dövrədə Tovuz təmsilçisi qələbə qazanıb. Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki duellərindən “Sabah” qalib ayrılıb. Misli Premyer Liqası, 29-cu tur 27 aprel (bazar ertəsi) 20:00. “Sabah” – “Karvan-Yevlax” - 2:0 Qırmızı vərəqə: Tompson Qavi, 36 ("Karvan-Yevlax"), Aleksey İsayev, 64 ("Sabah") Qol: Patrik Mbina, 49, Aron Maluda, 55 18:00. “Turan Tovuz” – “Zirə” - 1:1 Qol: Rəhim Sadıxov, 22 (1:0), Davit Volkov, 63 (1:1) 25 aprel (şənbə) “Qəbələ” - “Araz-Naxçıvan” - 1:1 “İmişli” - “Sumqayıt” - 0:2 26 aprel (bazar) "Neftçi" – "Qarabağ" - 1:5 "Şamaxı" – "Kəpəz" - 2:0 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 18 qol Velko Şimiç (“Sabah”) - 11 qol Bassalu Sambu ("Neftçi") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
“Bank Respublika Arena”
Tovuz şəhər stadionu





















