“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub etdi
Misli Premyer Liqasında 29-cu tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb. Əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Matç Ayxan Abbasovun komandasının qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Kəpəz" (4:1), 2-ci dövrənin matçında isə "Şamaxı" (2:0) qalib gəlib. Günün ikinci matçında isə "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Azərbaycan derbisi Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək. 26 aprel (bazar) Misli Premyer Liqası, 29-cu tur 19:00 "Neftçi" – "Qarabağ" - 1:5 Qollar: Musa Qurbanlı, 9 (0:1), Elvin Bədəlov, 20 (1:1), Musa Qurbanlı, 32 (1:2), Joni Montiel, 38 (1:3), Leandro Andrade, 68 (1:4), Emmanuel Addai, 90+3 (1:5) 16:00 "Şamaxı" – "Kəpəz" - 2:0 Qollar: Rikardo Apolinario, 68, Andrey Tirkoveanu, 75 Baş hakim: Rəşad Əhmədov 25 aprel (şənbə) “Qəbələ” - “Araz-Naxçıvan” - 1:1 “İmişli” - “Sumqayıt” - 0:2 27 aprel (bazar ertəsi) 18:00. “Turan Tovuz” - “Zirə” 20:00. “Sabah” - “Karvan-Yevlax” Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 18 qol Velko Şimiç (“Sabah”) - 11 qol Bassalu Sambu ("Neftçi") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”
Şamaxı şəhər stadionu





















