Türkiyədə ard-arda iki zəlzələ baş verdi
Aprelin 26-da Türkiyə ard-arda iki dəfə zəlzələ olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, ilk hadisə yerli vaxtla saat 08:01-də (Bakı vaxtı ilə saat 09:01) Yedisu (Bingöl) bölgəsində 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin dərinliyi 7 km olub. 40 dəqiqə sonra, yerli vaxtla 08:41-də (Bakı vaxtı ilə 09:41) Sındırgı (Balıkesir) bölgəsində isə dərinliyi 14,93 km olan 3,1 bal gücündə yeraltı təkanlar baş verib.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş:





















