9-cu sinif buraxılış imtahanlarına hazırlaşmaq valideynləri əlavə xərcə salacaq - VİDEO
9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsi bir tərəfdən məsuliyyəti artırsa da, digər tərəfdən valideynlərin qayğısını çoxaldıb. Mediaxeberleri.Az-ın məlumatına görə, əvvəllər ancaq universitet hazırlıqları zamanı xərcə düşən valideynlər indi 9-cu sinifdən etibarən övladını hazırlığa göndərir. Əlavə məşğələ isə əlavə maliyyə itkisi deməkdir. Hazırlıq kurslarından birinin müdir müavini Alcan Hacıyev deyir ki, bunun tendensiyaya çevirilməsinin bir sıra səbəbləri var. Qeyd edək ki, buraxılış imtahanına 1 aylıq təhsil haqları kurslardan asılı olaraq 150-300 manat arasında dəyişir. Hazırlıq kurslarının birinin əməkdaşı Dadaş Ağalarov bildirib ki, kurslarda şagirdlərin imtahana hazırlaşması üçün xüsusi metodlar tətbiq edilir: “Üstəlik kurslar tərəfindən sırf buraxılış imtahanlarına hazırlıq üçün valideynlərə paketlər təqdim edilir. Artıq bir müddətdir ki, buraxılış imtahanı sistemi dəyişib və 300 ballıq sistemə keçirilib. Buna görə də, şagirdlər bəzən yeni metodları qavramaqda çətinlik çəkirlər”. Qeyd edək ki, 9-cu sinifi başa vurub attestat alan şəxslər bu sənədlə yalnız təhsillərini peşə təhsili müəssisələrində və kolleclərdə davam etdirə bilərlər. 9 illik attestatla ali məktəblərə imtahan vermək mümkün deyil. Ətraflı süjetdə: