Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək. Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib. Sonuncu dəfə isə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel yanacağı göndərilib.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















