Mediaxeberleri.az
    
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
  • 
  • Aslan Fətullayev dəfn olundu - Foto
    Aslan Fətullayev dəfn olundu - Foto

Son xəbərlər :
  • Prezident Əhməd Vəliyevi təltif etdi
  • İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
  • AzTV 5 min manatımı vermədi - Xəyalə Quliyeva
  • Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
  • Gənc ər və arvad dəm qazından zəhərləndi, biri öldü
  • Hərbi Liseydə insident: həbs olunan var
  • 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
  • Səlim Müslümova ağır itki üz verdi
  • Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
  • Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
  • "Sədərək" və "Binə" bağlanır?
  • Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
  • Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
  • Qanda şəkəri salmağın ən asan yolu...
  • Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
  • Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
  • Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
  • Kür çayında batan şəxsin axtarışları davam edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb

  • Tarix: 20-04-2026, 10:42

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 43,126 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4% azdır.

Eyni dövrdə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 27,028 milyon manat olub ki, bu da illik müqayisədə 27,3% artım deməkdir. Nəticədə sığorta yığımları ilə ödənişlər arasındakı nisbət daha da sıxlaşıb: hər 100 manat sığorta haqqına qarşı 62,7 manat ödəniş edilib. Bir il əvvəl bu göstərici 34,7 manat idi.

Ümumi sığorta bazarında da oxşar dinamika müşahidə olunur. Yanvar-fevral aylarında 16 sığorta şirkəti tərəfindən 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu da 1,3% azalma deməkdir. Ödənişlərin həcmi isə 148,800 milyon manata yüksələrək illik müqayisədə 37% artıb.

Beləliklə, ümumi bazarda hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş kimi geri qaytarılıb. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

Maraqlıdır, icbari sığorta bazarının kiçilməsinin səbəbi nədir?

Mediaxeberleri.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb

"Yığımlar kəskin şəkildə azalıb"

Sığorta eksperti İlkin Nəcəfov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, əsas səbəb daşınmaz əmlakın icbari sığortası üzrə yığımların ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalmasıdır. Onun sözlərinə görə, keçən ilin ilk iki ayı ilə müqayisədə bu il yığımlarda beş dəfədən çox azalma qeydə alınıb: "Bu azalmanı şərtləndirən əsas səbəb dövlət və dövlətə bağlı təşkilatlara məxsus daşınmaz əmlak üzrə icbari sığorta müqavilələrinin yenilənməsində yaranan gecikmələrdir. Müqavilələr yeniləndikdən sonra bu fərq müəyyən qədər bərpa olunacaq".

Azərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb

"Avtomobil sahəsində yığımlar artacaq"

Ekspert qeyd edir ki, avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlarda da oxşar dinamika müşahidə olunur. Hətta bu seqmentdə 2-3 faiz həcmində artım qeydə alınıb: "Sığorta bazarında zərərlilik səviyyəsinin yüksək olması müəyyən çağırışlar yaradır. Xüsusilə taksi fəaliyyəti və kiçik həcmli nəqliyyat vasitələri üzrə zərərin yüksək olması səbəbindən bəzi sığorta şirkətləri avtoicbari sığorta bazarında aktiv fəaliyyət göstərməkdən çəkinir. Bununla belə, icbari sığorta şərtlərinə əsasən, şirkətlərin müraciətlərə imtina etmək hüququ olmadığından müqavilələr məcburi şəkildə bağlanır. Bununla yanaşı, İcbari Sığorta Bürosu və Mərkəzi Bank tərəfindən taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri üzrə bonus əmsalının 1,5 dəfə artırılması nəzərdə tutulur. Bu dəyişiklik Bakı şəhəri üzrə minimum 25 min avtomobili əhatə edərək sığorta haqlarının artmasına səbəb olacaq və bazarda yığımların müəyyən qədər yüksəlməsinə gətirib çıxaracaq".

Azərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb

"Azalma həyat sığortası seqmenti ilə bağlıdır"

Sığorta eksperti Pərviz Quliyev isə bildirir ki, icbari sığorta bazarında müşahidə olunan təxminən 29 faizlik azalma əsasən həyat sığortası seqmenti ilə bağlıdır. Onun sözlərinə görə, söhbət qanunvericilikdə "istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta" kimi qeyd olunan, praktikada isə işəgötürənin məsuliyyət sığortası kimi tanınan məhsuldan gedir: "Bu sığorta növü həm dövlət, həm də özəl müəssisələr üçün məcburidir və işçilərin iş vaxtı ərzində baş verə biləcək risklərini əhatə edir. Əvvəlki illərdə dövlət müəssisələri bu sığorta növü üzrə ödənişləri ilin əvvəlində sığorta şirkətlərinə həyata keçirirdi. Lakin 2026-cı ildən etibarən tətbiq edilən dəyişiklik nəticəsində bu ödənişlər artıq sığorta şirkətləri vasitəsilə deyil, birbaşa sosial təminat sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən sığorta şirkətlərinin yığımlarında azalma qeydə alınıb. Hazırda özəl müəssisələr əvvəlki qaydada sığorta şirkətləri ilə işləməyə davam edir. Ümumilikdə isə bazarda müşahidə olunan azalmanın əsas səbəbi dövlət müəssisələrinin bu ödənişləri artıq sığorta şirkətləri üzərindən etməməsidir".

Azərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb

Ödənişlərin artmasının səbəbi

Mütəxəssis bildirir ki, ödənişlərin artmasının səbəbi də bazarda paralel şəkildə müşahidə olunan bir neçə amillə bağlıdır. Xüsusilə, yaşam sığortası burada əsas rol oynayır: "Həyatın yığım sığortası məhsulu mövcuddur. Bu məhsul üzrə keçən ildən etibarən dövlət müəssisələrində yeni müqavilələrin bağlanması dayandırılıb. Lakin əvvəlki dövrlərdə bağlanmış müqavilələr üzrə ödənişlər davam edir. Üç illik müqavilələrdə müddət başa çatdıqca ödənişlər həyata keçirilir. Ona görə də ödənişlərin artmasının səbəblərindən biri də məhz həyatın yığım sığortası üzrə aparılan ödənişlərdir. Konkret olaraq iki məhsul üzrə dəyişiklik müşahidə olunur: birincisi, həyat sığorta şirkətlərində istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta üzrə yığımların azalması, ikincisi isə həyatın yığım sığortası üzrə ödənişlərin artmasıdır. Bu isə onu göstərir ki, həyat sığorta şirkətləri daha çox könüllü məhsullara fokuslanmalıdır. Bu məhsullar həyatın ölüm halından sığortası, kritik xəstəliklərdən sığorta və digər könüllü sığorta növləridir. Bu sığorta növlərinin daha çox təbliği, reklamı və maarifləndirilməsi həyata keçirilməlidir ki, həyat sığorta şirkətləri könüllü məhsulların satışını və gəlirlərini artıra bilsin. Bu çağırış yalnız həyat sığorta şirkətlərinə aid deyil. Qeyri-həyat sığorta şirkətləri də könüllü məhsulların satışını artırmaq üçün daha geniş maarifləndirmə və təbliğat fəaliyyəti həyata keçirməlidir".

Risk nə qədər yüksəkdirsə...

P.Quliyev vurğuladı ki, əslində sığorta haqlarının bahalaşması hansısa məhsulun bazardan çıxarılması ilə əlaqəli deyil: "Ümumilikdə sığorta haqlarının yüksək olması sığortalanan obyekt üzrə mövcud risklərin yüksək olması ilə bağlıdır. Məsələn, siz fərqli evləri sığortalaya bilərsiniz, amma əgər müəyyən bir ev üzrə risk daha yüksəkdirsə, həmin obyektə tətbiq olunan sığorta tarifi də daha yüksək müəyyən edilir və nəticədə sığorta haqqı daha çox olur. Ona görə də hazırda hansısa sığorta məhsulunun bazardan çıxması digər sığorta növlərində qiymət artımına səbəb olmur. Çünki faktiki olaraq həmin məhsul ümumiyyətlə satılmadığı üçün onun bazardan çıxması digər sığorta növlərinin qiymət dinamikasına təsir etmir".




Hazırladı:
Şükufə Süleymanlı
Şükufə Süleymanlı




Oxunub: 890
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:35 | Prezident Əhməd Vəliyevi təltif etdi
    Bu gün, 12:12 | İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
    Bu gün, 12:09 | AzTV 5 min manatımı vermədi - Xəyalə Quliyeva
    Bu gün, 11:55 | Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
    Bu gün, 11:53 | Gənc ər və arvad dəm qazından zəhərləndi, biri öldü
    Bu gün, 11:52 | Hərbi Liseydə insident: həbs olunan var
    Bu gün, 10:44 | 15 yaşlı yeniyetmə bıçaqlandı: saxlanılan var
    Bu gün, 10:34 | Səlim Müslümova ağır itki üz verdi
    Bu gün, 10:31 | Ağsuda ər və arvad ağır qəzaya düşdü, biri öldü
    Bu gün, 10:29 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 10:05 | Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
    Bu gün, 10:04 | Aliment ödənişinin verilməsi yaşı artırıla bilərmi?
    Bu gün, 09:33 | "Sədərək" və "Binə" bağlanır?
    Bu gün, 09:13 | Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
    Bu gün, 08:22 | Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
    Bu gün, 08:04 | Qanda şəkəri salmağın ən asan yolu...
    Bu gün, 07:56 | Hakan Fidan: "Gürcüstana lazımi xəbərdarlıq edildi"
    Bu gün, 07:46 | Oğuzun həyatdan TƏCRİD OLUNMUŞ kəndi - YOL DƏRDİ...
    Bu gün, 07:44 | Yevlaxın icra başçısından şübhəli TENDER QƏRARI - DETALLAR
    Bu gün, 07:30 | Kür çayında batan şəxsin axtarışları davam edib
    Bu gün, 07:09 | Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
    Bu gün, 07:07 | Elçilikdə "yox" dedilər, qızın videosunu atasına göndərdi - Təfərrüat
    Bu gün, 07:03 | Azərbaycan güləşçiləri Ermənistanda keçirilən Avropa çempionatında altı medal qazanıblar
    Dünən, 23:03 | Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
    Dünən, 23:00 | İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
    Dünən, 22:58 | Azərbaycanda zavodda güclü partlayış - Video
    Dünən, 22:06 | “Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb
    Dünən, 20:03 | Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
    Dünən, 19:53 | Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
    Dünən, 19:50 | Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
    Dünən, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Dünən, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Dünən, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Dünən, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Dünən, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Dünən, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Dünən, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Dünən, 12:46 | Sabah hava necə olacaq?
    Dünən, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Dünən, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Dünən, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Dünən, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Dünən, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Dünən, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Dünən, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Dünən, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Dünən, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Dünən, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Dünən, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Dünən, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.