Mediaxeberleri.az
    
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında

Son xəbərlər :
  • Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
  • Fransada gərginlik pik həddə çatdı: Makronun istefası tələb olunur
  • Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia
  • Parisdə iğtişaşlar yenidən alovlandı
  • İtaliyada etirazlar milyonluq ziyana səbəb oldu
  • Leysan yağacaq, dolu düşəcək - Bu tarixdən hava DƏYİŞİR
  • "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
  • Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" - Video
  • “Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
  • Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - Video
  • Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
  • Xırdalanda yaşayış kompleksində yanğın: Sakinlər danışdılar - Foto/Video
  • Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib - FOTO
  • Azərbaycanda polis rəisinin müavini vəfat edib
  • Fransa yanır, sərhədlərinizi bağlayın! - Tramp
  • 2-ci Liqa: "Ağstafa Gəncləri" əlavə olunmuş dəqiqələrdə məğlub oldu - VİDEO
  • Yusif Alıyev: "Atamın tanıtımından başlayan yol…"
  • Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
  • Həftənin ilk günü yağış yağacaq
  • Qarabağdakı milyardlar, qardaşlıq mübahisəsi – Türkiyədəki qüvvələrə sərt mesaj
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ON MİNLƏRLƏ İNSAN PENSİYA ALA BİLMİR... - Kimlər və niyə pensiya sistemindən kənarda qalıb?

  • Tarix: 14-04-2026, 14:43

Bu ilin mart ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 172 min 359 nəfər olub.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu açıqlayıb. Statistikaya əsasən, müavinət alanların 37,9 faizini kişilər, 62,1 faizini isə qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricidə artım qeydə alınıb. Belə ki, 2025-ci ilin mart ayında yaşa görə sosial müavinət alanların sayı 161 min 623 nəfər olub. Bir il ərzində bu göstərici 10 min 736 nəfər və ya 6,6 faiz artıb.

Son 5 ildə yaşa görə sosial müavinət alanların sayı 47 faizə yaxın artıb

Maraqlıdır ki, son illər Azərbaycanda yaşa görə sosial müavinət alanların sayında davamlı artım müşahidə olunur. Rəsmi göstəricilərə əsasən, 2022-ci ildə 113,6 min nəfər olan bu kateqoriyaya aid insanların sayı 2026-cı ilədək 166,7 min nəfərə yüksəlib. Son beş ildə yaşa görə sosial müavinət alanların sayı 53,1 min nəfər artaraq təxminən 47 faiz yüksəlib. Statistik dinamika göstərir ki, artım hər il sabit şəkildə davam edib - 2023-cü ildə göstərici 128,3 min nəfərə, 2024-cü ildə 143,7 min nəfərə, 2025-ci ildə isə 156,2 min nəfərə çatıb.



Ekspertlər artımı bir neçə amillə izah edirlər. Bunlara pensiya almaq üçün tələb olunan yüksək pensiya kapitalını toplaya əmək stajı ilə bağlı məlumatları təsdiqlədə bilməyən şəxslərin sosial müavinət sisteminə yönəlməsi, əhalinin yaşlanması və dövlətin sosial müdafiə mexanizmlərini sərtləşdirməsi kimi amillər daxildir.

Qeyd edək ki, Azərbaycanda 2026-cı il üzrə kişilər və qadınlar üçün pensiya yaşı müəyyən edilib. Qanunvericiliyə əsasən, iyulun 1-dən etibarən qadınların pensiya yaşı 65-ə çatdırılacaq. Bununla da ölkədə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı eyni – 65 il olacaq. Məlum olduğu kimi, kişilər üçün pensiya yaşı artıq bir neçə il əvvəl 65 yaşda sabitləşib və bu göstərici dəyişməz qalır. Qadınlar üçün isə mərhələli artım prosesi davam etdirilirdi və 2026-cı ilin 1 iyulunda bu proses yekunlaşacaq.

Qanunun tələblərinə görə, vətəndaş pensiya yaşına çatdıqda onun fərdi hesabında toplanmış pensiya kapitalı minimum pensiya məbləğindən az deyilsə, sığorta stajından asılı olmayaraq əmək pensiyası almaq hüququ qazanır. Əgər bu kapital kifayət etməzsə, həmin şəxsin ən azı 25 il sığorta stajına malik olması tələb olunur. Başqa sözlə, bu gün 172 min 359 nəfər ona görə pensiya deyil, yalnız sosial müavinət ala bilirlər ki, onlar tələb olunan pensiya kapitalını toplaya bilməyiblər.

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, yaşa görə sosial müavinət pensiya yaşına çatmış, lakin pensiya almaq hüququ olmayan şəxslərə verilir.





Onun sözlərinə görə, qanunvericiliyə əsasən pensiya hüququ iki formada yaranır: "Ya azı 25 il rəsmi iş stajı olmalıdır (harada işləməyin fərqi yoxdur), ya da minimum pensiya məbləğini təmin edəcək qədər pensiya kapitalı formalaşmalıdır. Məsələn, şəxsin 15 il stajı varsa, bu zaman onun pensiya kapitalına baxılır. Pensiya hesablanarkən 144 əmsalı tətbiq olunur və bu əmsal minimum pensiya məbləği ilə vurulur. Hazırda minimum pensiya məbləği 320 manatdır və ötən il təxminən 15 faiz artırılaraq 280 manatdan 320 manata yüksəldilib. Bu hesablamaya görə, pensiya hüququnun yaranması üçün təxminən 46 080 manat pensiya kapitalı və ya 25 illik rəsmi iş stajı tələb olunur. Bu iki şərtdən biri ödənildikdə şəxsin pensiya hüququ formalaşır".

Xalid Kərimli bildirib ki, yaşa görə sosial müavinət alanların sayının artması bir neçə amillə bağlıdır:"Əhalinin gəlirlərinin bir hissəsi minimum pensiya artım tempindən geri qalır. Digər tərəfdən, buna əmək bazarında şəffaflaşma prosesi təsir göstərir. Son illərdə bu proses sürətlənsə də, 15–20 il əvvəl bir çox insan əmək müqaviləsi olmadan çalışıb və bu da onların rəsmi staj toplamasına mane olub".

İqtisadçının sözlərinə görə, əsas problemlərdən biri rəsmi gəlirlərin aşağı olması, digəri isə insanların 25 illik sığorta stajını toplaya bilməməsidir:"Bu şərtlər ödənilmədikdə hökumət həmin şəxslərə yaşa görə sosial müavinət təyin edir. Bu müavinət minimum pensiyadan aşağı olur və daha çox sosial dəstək xarakteri daşıyır. Məqsəd isə həmin şəxslərin minimum yaşayış səviyyəsini təmin etmək və sadəcə gedib dilənçiliklə məşğul olmalarının qarşısını almaqdır".

Vəfat edənlərin 39,2%-i pensiya yaşına çata bilməyib




2024-cü ilin ölüm statistikası isə pensiya sistemi ilə bağlı daha ciddi sosial problemi üzə çıxarır. Həmin il Azərbaycanda 58 909 nəfər vəfat edib. Onlardan 47 % kişi (15 281 nəfər), 29,5 % qadın (7 811 nəfər) pensiya yaşını görə bilməyib. Ümumilikdə 23 092 nəfər, yəni vəfat edənlərin 39,2 %-i pensiya yaşına çatmadan dünyasını dəyişib.

Digər diqqətçəkən məqam isə yaşa görə pensiya alanların sayındakı azalma ilə bağlıdır. Əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, son illərdə bu rəqəm 700 min nəfər civarına düşüb. Təxminən 15 il ərzində yaşa görə pensiya alanların sayında 146 min nəfər azalma, yəni 17 % geriləmə qeydə alınıb

Son illər sosial siyasət çərçivəsində tətbiq edilən yeni qaydalar və pensiya təyinatı mexanizmlərinin sərtləşdirilməsi müəyyən qrup insanın pensiya sistemindən kənarda qalmasına səbəb olub. Xüsusən də pensiya yaşının mərhələli şəkildə artırılması bir çox insanın daha gec pensiyaya çıxmasına səbəb olur.

Elvin Bəyməmmədli

"AzPolitika.info"


Oxunub: 752
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:34 | Xudafərin əməliyyatının bilinməyən detalları açıqlandı - Video
    Bu gün, 22:06 | Fransada gərginlik pik həddə çatdı: Makronun istefası tələb olunur
    Bu gün, 22:04 | Qonaqlara iylənmiş ətdən hazırlanmış yeməklər verilib - Bakıda məşhur şadlıq sarayı ilə bağlı iddia
    Bu gün, 22:01 | Parisdə iğtişaşlar yenidən alovlandı
    Bu gün, 21:59 | İtaliyada etirazlar milyonluq ziyana səbəb oldu
    Bu gün, 21:56 | Leysan yağacaq, dolu düşəcək - Bu tarixdən hava DƏYİŞİR
    Bu gün, 21:47 | "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
    Bu gün, 21:44 | Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" - Video
    Bu gün, 21:39 | “Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
    Bu gün, 21:36 | Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - Video
    Bu gün, 17:53 | Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
    Bu gün, 17:43 | Xırdalanda yaşayış kompleksində yanğın: Sakinlər danışdılar - Foto/Video
    Bu gün, 17:38 | Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib - FOTO
    Bu gün, 17:36 | Azərbaycanda polis rəisinin müavini vəfat edib
    Bu gün, 17:31 | Fransa yanır, sərhədlərinizi bağlayın! - Tramp
    Bu gün, 16:59 | 2-ci Liqa: "Ağstafa Gəncləri" əlavə olunmuş dəqiqələrdə məğlub oldu - VİDEO
    Bu gün, 16:47 | Yusif Alıyev: "Atamın tanıtımından başlayan yol…"
    Bu gün, 15:22 | Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
    Bu gün, 13:59 | Həftənin ilk günü yağış yağacaq
    Bu gün, 13:58 | Qarabağdakı milyardlar, qardaşlıq mübahisəsi – Türkiyədəki qüvvələrə sərt mesaj
    Bu gün, 13:56 | “Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
    Bu gün, 11:32 | Psixoloq insanların yaşlandıqca hisslərini ifadə etməkdə niyə çətinlik çəkdiklərini açıqladı
    Bu gün, 11:19 | 2-ci Liqa: "Şirvan" "Ağstafa Gəncləri"ni, "Kür-Araz" "Marafon"u qəbul edəcək
    Bu gün, 10:39 | Rusiya səmasında gərgin gecə: Rekord sayda dron hücumu dəf edildi
    Bu gün, 10:35 | “Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
    Bu gün, 09:42 | Tramp Ukraynanı ucuz yanacaq üçün qurban verdi – “Monde”
    Bu gün, 09:01 | İki min manata stomatoloq olmaq vədi: Tibbi təhsili olmayanlar xəstələri müalicə edəcəklər? - Video
    Bu gün, 08:59 | Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
    Bu gün, 08:54 | “Qardaş tələsi” ilə İrəvan xəritəmizdən necə silindi?
    Bu gün, 08:33 | 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti - Foto
    Bu gün, 00:00 | Qazaxda avtomobil 12 yaşlı qızı vurdu
    Dünən, 20:59 | "Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
    Dünən, 19:46 | Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb
    Dünən, 11:11 | Minimum əməkhaqqı artacaq? - Video
    Dünən, 11:09 | Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
    Dünən, 11:07 | Misli Premyer Liqası: Turun mərkəzi oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək
    Dünən, 11:05 | “Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
    Dünən, 11:02 | Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
    Dünən, 11:00 | Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
    Dünən, 10:32 | Parklanma yerləri ləğv edilərək bu quruma verildi - VİDEO
    Dünən, 10:30 | Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
    Dünən, 10:17 | XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum oldu
    Dünən, 10:16 | Neft kəskin bahalaşdı
    16-10-2026, 21:54 | Qazaxda “YAP-ın qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir” başlıqlı konfrans keçirilib
    16-10-2026, 19:50 | Türk dünyasından Azərbaycana növbəti dəstək
    16-10-2026, 19:44 | Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib
    16-10-2026, 14:25 | "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
    16-10-2026, 14:24 | İstanbulda leysan: ölənlərin sayı artdı
    16-10-2026, 14:06 | “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
    16-10-2026, 14:05 | Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.