Trampın İranla bağlı bəyanatları bazarı silkələdi: Neft kəskin ucuzlaşdı
WTI markalı neftin qiyməti ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatları fonunda 17%-dən çox ucuzlaşıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, 2026-cı ilin may ayı üçün WTI neft füçerslərinin qiyməti Nyu-York Əmtəə Birjasında (NYMEX) saat 02:36-da 9,19% azalaraq 102,08 dollar təşkil edib. Saat 03:06-da isə eniş sürətlənərək 17,06%-ə çatıb və qiymət 93,23 dollar səviyyəsində qərarlaşıb. Eyni zamanda, Londonun ICE birjasında ticarətin əvvəlində "Brent" markalı neftin qiyməti 15%-dən çox azalaraq bir barel üçün 92,5 dollar təşkil edib.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















