Rusiya zərbə üçün bizim yerimizi araşdırır - Zelenski
Ruslar yenidən fəallaşıblar. Ukrayna rəhbərliyinin, kəşfiyyatın və xüsusi xidmət orqanlarının nümayəndələrinin harada olduqlarını və hansı yerlərə getdiklərini müəyyən etməyə çalışırlar. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. “Bizim əlimizdə Kiyev və digər şəhərlərə zərbələr üçün təklif olunan hədəflərin göstərildiyi Rusiya sənədləri var. Ordu rəhbərliyinin, hökumətin və burada, Bankova küçəsində yerləşən obyektlərin vurulması planlaşdırılırdı. Onlar bu planı çoxdan hazırlayırdılar. İndi isə İrandan sonra yenidən fəallaşıblar – bizim harada olduğumuzu, hansı yerlərdə olduğumuzu araşdırırlar. Bu, Ukrayna rəhbərliyindəki digər şəxslərə, kəşfiyyat və xüsusi xidmət əməkdaşlarına da aiddir”, – deyə o söyləyib. Zelenskinin sözlərinə görə, Moskvada bəziləri hələ də anlamayıb ki, ukraynalılar heç vaxt öz müstəqilliklərindən imtina etməyəcəklər və istənilən halda istər Bankova küçəsində olsunlar, istərsə də olmasınlar, öz torpaqlarını, suverenliklərini və dövlətlərini təslim etməyəcəklər.





















