Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
  • Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
  • Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
  • Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
  • Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
  • Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
  • Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
  • Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
  • Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
  • Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
  • Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
  • Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • Gəncəyə ilk raket hücumundan altı il ötür
  • Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
  • Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
  • Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
  • "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
  • Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
  • Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
  • Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda keçiriləcək WUF13 bunun üçün həlledici məqam olacaq

  • Tarix: 16-05-2026, 13:59

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq.

Mediaxeberleri.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumu (ITF) çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

“Nazirlər bir araya gələcək və müzakirələrin yekunları əsasında Nyu-Yorkdakı siyasi diskussiyalara daxil ediləcəyinə ümid etdiyimiz yekun sənəd hazırlanacaq. Bundan əlavə, maraqlı tərəflər də var və Bakıdan fəaliyyətə çağırışın səsləndirilməsi gözlənilir ki, bu da həmin müzakirələrə daxil ediləcək”, – deyə o bildirib.

Rossbax Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumununun iyul ayında Nyu-Yorkda təqdim ediləcək BMT-nin Yeni Şəhər Gündəliyinin aralıq icmalının təqdim olunması ərəfəsində mühüm siyasi mərhələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu prosesə rəhbərlik edən həmsədrlər də şəxsən Bakıya gələcəklər ki, bu da görüşün qlobal şəhər siyasəti gündəmindəki əhəmiyyətini göstərir.

“Baş Assambleyanın sədri Polşa və Norveçi həmsədr qismində müəyyən edib – onlar bizimlə Bakıda olacaqlar. Hesab edirəm ki, nazirlər tərəfindən də çoxsaylı təkliflər səsləndiriləcək və bunlar düşüncə və təhlil prosesində nəzərə alınacaq: növbəti on il üçün prioritetlər nələrdən ibarətdir? Qarşıdakı on ildə nələr edə bilərik?” – deyə UN-Habitat rəhbəri bildirib.

O izah edib ki, qəbul edilməsindən on il ötən Yeni Şəhər Gündəliyi daha on il müddətinə nəzərdə tutulub və Bakıda keçiriləcək görüş onun gələcəkdə irəlilədilməsi üçün zəruri siyasi konsensusun formalaşdırılması baxımından həlledici məqam olacaq.

“Bizə növbəti on il üçün Yeni Şəhər Gündəliyinin vəzifələrinin həyata keçirilməsi məqsədilə konsensus və güclü koalisiya formalaşdırmaq lazımdır. Bu konfransın rolu da məhz bundan ibarətdir”, – deyə o bildirib.

Azərbaycanla əməkdaşlıqdan danışan Rossbax UN-Habitat-ın artıq ölkə ilə fəal əməkdaşlıq etdiyini təsdiqləyib: Bakıda təşkilatın komandası və ofisi fəaliyyət göstərir, onlar hökumətə şəhərsalma sahəsində, o cümlədən ölkənin azad edilmiş ərazilərinin genişmiqyaslı bərpasında dəstək verirlər.

“Bizim komandamız və Bakıda ofisimiz var və hökumətlə birlikdə şəhərsalma, həmçinin bu şəhər transformasiyasının planlaşdırılması istiqamətində işləyirik. Həqiqətən də, Bakıda diqqətçəkən nümunələr mövcuddur – Ağ Şəhərin şəhər transformasiyasının hekayəsi və sair”, – deyə UN-Habitat rəhbəri əlavə edib.

Rossbax həmçinin Ümumdünya Şəhərsalma Forumunun qeyri-adi formatını izah edib. Onun sözlərinə görə, forum Baş Assambleya tərəfindən maraqlı tərəflərin cəlb olunması mexanizmi kimi yaradılıb və zamanla BMT sistemində miqyasına görə ikinci ən böyük konfransa çevrilib. Forum tərəfdaşlar tərəfindən təşkil olunan təxminən 400 tədbiri əhatə edir.

“Bu, maraqlı tərəflərin gəlib bizim işimizə və gündəliyimizə töhfə verdiyi platformadır. Tədbirlərin əksəriyyəti tərəfdaşlar tərəfindən keçirilir. Apardığımız bütün müzakirələr təcrübə mübadiləsinə əsaslanır – biz təcrübə paylaşır, təlimlər keçirir, potensialı inkişaf etdirir və sərgilər təşkil edirik. Hər şey mənzil məsələləri ətrafında cəmlənib”, – deyə o bildirib.

Rossbax qeyd edib ki, yaşayış yeri mövzusu təsadüfən seçilməyib. UN-Habitat-ın 2026–2029-cu illər üçün yeni strateji planı onun “qlobal yaşayış yeri böhranı” adlandırdığı problem ətrafında qurulub. Bu problem mənzil və torpağa çıxış, əsas xidmətlər, eləcə də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyasını əhatə edir və artıq 105 üzv dövlət tərəfindən dəstəklənib.

“Şəhərlər üzləşdiyimiz bir çox çağırışların ön xəttindədir. Afrika və Cənub-Şərqi Asiyada urbanizasiya prosesi əvvəlki kimi çox sürətlə gedir. İki milyard insan şəhərlərə köçür – həmin şəhərlərdə isə ciddi infrastruktur çatışmazlığı mövcuddur”, – deyə o bildirib.

Nəqliyyat sammitində iştirakın əsas məqsədləri barədə sualı cavablandıran Rosbax vurğulayıb ki, şəhər mobilliyi və mənzil siyasəti bir-biri ilə sıx bağlı sistemlərdir və onların ayrı-ayrılıqda planlaşdırılması hər iki sahədə problemlərə səbəb olur.

“Nəqliyyat və şəhər mobilliyi bu prosesin ayrılmaz hissəsidir. Çünki bəzən nəqliyyat mənzildən daha sürətlə inkişaf edir, bəzən isə əksinə – mənzil nəqliyyatdan daha sürətlə inkişaf edir və bu, işləmir. Düzgün planlaşdırma olmadan dayanıqlı mobilliyi təmin etmək mümkün deyil”, – deyə Rossbax əlavə edib.

O, dünyada təxminən bir milyard insanın yaşadığı qeyri-rəsmi yaşayış məntəqələri probleminin həllinin təxirəsalınmaz olduğunu xüsusi vurğulayıb və onların modernləşdirilməsi üçün lazım olan alətlər və biliklərin artıq əlçatan olduğu nəzərə alınmaqla, belə yaşayış məntəqələrinin qalmasını “qəbuledilməz” adlandırıb.

“Gecəqondu ərazilərdə şəraitin yaxşılaşdırılması və onların şəhər mühitinə inteqrasiyası üçün zəruri biliklərə malik olduğumuz halda, biz hələ də dünyada son dərəcə qeyri-sabit yaşayış şəraitinin geniş vüsət almasını müşahidə edirik. Biz bunu qlobal yaşayış yeri böhranı çərçivəsində həll edilməli fövqəladə gündəm kimi qiymətləndiririk”, – deyə o bildirib.

Rossbax qeyri-rəsmi yaşayış məntəqələri problemini birbaşa iqlim həssaslığı ilə də əlaqələndirib. O qeyd edib ki, həmin ərazilərin sakinləri iqlim fəlakətlərindən ilk zərər çəkənlər olur və çox vaxt şəhərsalma prosesindən kənarda qalırlar. Bunun səbəblərindən biri də həmin ərazilərin bir çox hallarda xəritələşdirilməməsidir.

“Onlar, bir qayda olaraq, diqqətdən və planlaşdırmadan kənarda qalırlar, çünki bir çox hallarda hətta xəritəyə də salınmayıblar. Buna görə də bu istiqamətdə ciddi səylərə ehtiyac var”, – deyə o bildirib.

Qeyri-rəsmi nəqliyyatdan danışarkən isə Rossbax, xüsusilə Latın Amerikasında şəhərlərin kor-təbii şəkildə yaranmış ictimai nəqliyyat həllərini rəsmi şəkildə tanıması tendensiyasının artdığını qeyd edib.

“Şəhərlərin və ya icmaların öz nəqliyyat sistemlərini yaratdığı, daha sonra isə merlər tərəfindən dövlət siyasətinin bir hissəsi kimi tanındığı çoxsaylı nümunələr var. Artıq siyasətlərin, baş planların və nəqliyyat strategiyalarının hazırlanmasında mövcud həllərə əsaslanaraq qeyri-rəsmi və rəsmi nəqliyyat sistemlərinin inteqrasiyası tendensiyası müşahidə olunur”, - deyə UN-Habitat rəhbəri bildirib.

Şəhərlərin nəzarətsiz genişlənməsi probleminə ayrıca toxunan Rossbax yaşayış yerinin bu prosesin əsas hərəkətverici qüvvəsi adlandırıb. Onun sözlərinə görə, torpaq qiymətlərinin artması sosial mənzilləri şəhər kənarına sıxışdırır, özbaşına tikililər şəhərətrafı ərazilərə yayılır, qapalı yaşayış kompleksləri isə şəhər mühitini fraqmentləşdirir. O, şəhərsalmada sıxlaşma modelinə keçid üçün mədəni yanaşmanın dəyişməsinə çağırış edib.

“Şəhərlərin nəzarətsiz genişlənməsinə nəzər salsaq, yaşayış yeri bunun əsas səbəbidir. Yeni Şəhər Gündəliyində kompakt şəhərlərdən bəhs olunur və hesab edirəm ki, artıq bir çox şəhər və ölkə öz milli şəhər siyasətlərinə sıxlaşma prinsiplərini daxil edir – Massaçusets ştatında, Yaponiyada, Latın Amerikası ölkələrində olduğu kimi nəqliyyat yönümlü modellər tətbiq olunur. Bu mürəkkəb prosesdir, çünki həm də mədəni yanaşmanı – sıxlaşmanın və artıq qurulmuş mühitdən daha səmərəli istifadənin vacibliyinin anlaşılmasını tələb edir”, - deyə Rosbax bildirib.

Sonda o, böhranı daha geniş kontekstdə – hərtərəfli milli strategiyalar tələb edən mənzil əlçatanlığının qlobal problemi kimi xarakterizə edib.

“Əslində bu, mənzil əlçatanlığı ilə bağlı böhrandır və ölkələr onun həlli üçün müxtəlif strategiyalar hazırlayırlar. Milli strategiyalar beynəlmilləl ola bilməz, çünki resurslar məhduddur, lakin onlar kompleks xarakter daşımalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir”, – deyə UN-Habitat rəhbəri yekunlaşdırıb.


Oxunub: 719
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    Bu gün, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    Bu gün, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    Bu gün, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    Bu gün, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    Bu gün, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    Bu gün, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    Bu gün, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    Bu gün, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    Bu gün, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    Bu gün, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    Bu gün, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    Bu gün, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    Bu gün, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    Bu gün, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    Bu gün, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    Bu gün, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    Bu gün, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    Bu gün, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    Dünən, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    Dünən, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    Dünən, 22:15 | "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
    Dünən, 22:13 | Fitso Serbiyaya buna görə səfərini ləğv etdi
    Dünən, 22:12 | İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
    Dünən, 22:06 | Sovet pullarını yoxlayın: Bu əsginas 2900 manata satıldı
    Dünən, 22:02 | ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
    Dünən, 21:48 | "Turan Tovuz" - "Fənərbağça"ya qarşı: ikinci qol - Canlı
    Dünən, 17:53 | Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib
    Dünən, 17:32 | “Ağstafa Gəncləri” səfərdə “Kür-Araz”a qalib gəldi
    Dünən, 12:36 | Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
    Dünən, 12:34 | Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
    Dünən, 12:33 | Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...
    Dünən, 12:30 | 1683-cü gün: Rusiyanın itkiləri yeniləndi
    Dünən, 12:29 | Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!
    Dünən, 12:27 | İlham Əliyev İraq prezidentini təbrik etdi
    Dünən, 12:25 | Millətlər Liqası: Bu gün daha 8 vacib oyun var
    Dünən, 11:07 | Fərhad Gündoğdu həbs edildi
    Dünən, 11:05 | Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
    Dünən, 11:03 | Azərbaycana 10 sm qar yağdı - Video
    Dünən, 11:02 | Bakıda ərzaq satışı köşkündə yanğın: ölən var
    Dünən, 11:00 | Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı
    Dünən, 10:59 | ADY-dən yağışlı hava ilə bağlı çağırış
    Dünən, 10:56 | Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...
    2-10-2026, 21:11 | Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
    2-10-2026, 20:59 | Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
    2-10-2026, 20:50 | Rusiya Cənub körpüsünü vurdu
    2-10-2026, 20:49 | Azərbaycan - Litva oyununu o idarə edəcək
    2-10-2026, 20:43 | ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
    2-10-2026, 20:35 | ABŞ bu ölkəyə yanacaq daşıyan gəmini saxladı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.