Azərbaycan neftinin qiyməti 121 dolları keçdi
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 7.55 ABŞ dolları və ya 6.6% artaraq 121.25 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113.70 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri Light" markalı neftinin qiyməti sonuncu dəfə 2022-ci ilin iyun ayında 121 dollar səviyyəsini keçib.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş:





















