Əflatun Amaşov qəzaya düşdü, maşını aşdı - FOTO - VİDEO
Tanınmış jurnalist Əflatun Amaşov qəzaya düşüb. Tanınmış jurnalistin Bakı-Şamaxı yolunda avtomobili aşıb. Hadisə vaxtı Ə.Amaşov xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb. Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov yeni sabah-a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: “Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”. Qeyd edək ki, hadisə ilə bağlı məlumatı ilk nocomment yayıb.

Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















