AĞSTAFADA MÜƏLLİMƏ DÖYÜLÜB - VİDEO
AĞSTAFA ŞƏHƏR 1-NÖMRƏLİ MƏKTƏBDƏ MÜƏLLİMƏYƏ XƏSARƏT YETİRİLİB Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə Ağstafa şəhərində yerləşən Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə baş verib. 1981-ci il təvəllüdlü ibtidai sinif müəlliməsi Pərvanə Məmmədova xə*sa*rət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona qol nahiyəsinin əzilməsi və cırılmış yara diaqnozu qoyulub. Müəlliməyə tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, Pərvanə Məmmədovanı həmin məktəbin pedaqoqu Sevinc Əhmədova dö*yüb. Zərərçəkənin sözlərinə əsasən, hadisə dərslə bağlı aralarında yaranan mübahisə zamanı baş verib. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. [media=https://www.youtube.com/shorts/jRjC-2NKQso]






















