Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • Qaz olmayacaq
  • Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
  • Babasının 1500 manatını oğurladı, həbs olundu
  • "Agac.az" mobil tətbiqi istifadəyə verildi
  • “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
  • Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
  • Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
  • Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
  • Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
  • Gəncin ifası Müslüm Maqomayevə bənzədildi – Video
  • Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
  • Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
  • Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
  • İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
  • Namizəd Səfərova hökm oxundu
  • ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
  • "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
  • “Kontakt” Əlinin sevgisinə səs verdi
  • 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
  • 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İsrailə hücumun hədəfləri - ABŞ seçkiləri, sülh planı və Zəngəzur dəhlizi

  • Tarix: 11-10-2023, 09:17

Əvvəlki yazılarda HƏMAS-ın İsrailə hücumunun arxasında dəhlizlər uğrunda mübarizə yatdığını, digər məqsədlərin isə ərəb-yəhudi anlaşması ilə İranın meydandan çıxarılmasının qarşısını almaq və İsrailin İranla həmhüdud ölkələrlə əməkdaşlığının güclənməsinə cavab ola biləcəyini qeyd etmişdik. Digər hədəf isə İsrailin hərbi qüdrəti, İsrail təhlükəsizlik xidmətinin üstünlükləri haqda yaranmış təsəvvürləri dağıtmaq, İranı Yaxın Şərqin ən qüdrətli dövləti kimi göstərməkdir.

Dünya mediasının da təhlilləri bu istiqamətdədir. Müşahidəçilər diqqəti başqa fakta da yönəldirlər: İran Səudiyyə Ərəbistanı-İsrail razılaşmasının Ər-Riyadın Tehranla gərginliyi azaltmaq səylərinə zərbə vuracağına dair əvvəldən siqnal göndərib. Belə ki, İranın dəstəklədiyi husi qruplaşması Səudiyyə ilə Yəmən sərhədində dörd bəhreynli əsgəri qətlə yetirib. Bu hücum Yəməndə səkkiz ildir gedən münaqişədə sülh danışıqlarına təhdid yaradıb . "Reuters" qeyd edir ki, ki, HƏMAS İsrailə hücum edərkən yeni regional təhlükəsizlik nizamı təşəbbüslərini hədəfə alıb. Bu hücum son on illərin ən böyük analoji halıdır və ABŞ-ın Səudiyyə-İsrail münasibətlərinin normallaşdırılması cəhdləri fonunda baş verir. Qeyd olunurdu ki, Vaşinqtonla Ər-Riyadın müdafiə sazişi qarşılığında atılan bu addımlar İranla yaxınlaşmanı poza bilər. Fələstin rəsmiləri və regiondakı mənbənin sözlərinə görə, bu hücumun bir mesajı da odur ki, İsrail sülh istəyirsə, fələstinliləri nəzərə almalıdır. (Azadlıq radiosu)."Sizin (ərəb dövlətləri) İsraillə imzaladığınız bütün razılaşmalar bu münaqişəyə son qoymayacaq", – Qəzza zolağını idarə edən HƏMAS-ın lideri İsmayıl Haniyə "Əl-Cəzirə" televiziyasına deyib. O, İsraillə anlaşmağa çalışan Səudiyyəyə, eləcə də bu normallaşmanı və İsraili dəstəkləyən amerikalılara mesaj verib: "Fələstinlilər bu tənlikdən kənar saxlandıqca, bütün regionda təhlükəsizlik bərqərar olmayacaq".

Vaşinqtondakı Con Hopkins Beynəlxalq Araşdırmalar Məktəbinin Yaxın Şərq üzrə analitiki Laura Blumenfeld deyir ki, HƏMAS daha geniş İsrail-ərəb sazişləri fonunda əhəmiyyətsiz göründüyünü hiss etdiyi üçün hücuma keçə bilərdi: " HƏMAS israillilər və səudiyyəlilərin razılaşmaya doğru irəlilədiyini görüncə qərar verdi: Masada yer yoxdur? Onda yeməyə zəhər qat".

Yaxın Şərq üzrə keçmiş ABŞ diplomatı Riçard LeBaron isə bildirib ki, HƏMAS-ın hərəkətləri səudiyyəlilərə aydın şəkildə xatırladır ki, Fələstin məsələsi normallaşma danışıqlarında daha bir alt-mövzu olmamalıdır".

İran mediası HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi "kortəbii" hücumu dəstəkləyib. Tehran şənbə hücumunu "fələstinlilərin özünümüdafiə aktı" adlandırıb. İranın Ali dini liderinin müşaviri Yəhya Rəhim Səfəvi deyib ki, Tehran "Fələstin və Qüds azad olunanadək" fələstinli döyüşçülərin yanında olacaq. Oktyabrın 8-də İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri verdiyi açıqlamada HƏMAS-ı “ilhamverici olduğu qədər də mürəkkəb” adlandırdığı əməliyyata görə təbrik edib. Baqeri bildirib ki, HƏMAS İsrailin “qüdrətinin yalan olduğunu” “bir daha sübut edib”.

İranın rəsmi mediasında da oxşar şadlıq tonu hökm sürür. Ali Milli Təhlükəsizlik Şurasının orqanı olan “Nur News” İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbəni “qum qalası üzərində qurulmuş saxta günbəz” kimi ələ salıb. Gündəlik "Sharqdaily" qəzeti hücumun baş verdiyi günü İsrail üçün "Qara şənbə" kimi qiymətləndirib (BBC).

Səudiyyə mediası isə HƏMAS-ı sərt şəkildə tənqid edib, bəzi şərhlərdə bu əməliyyatda İranın əli ola biləcəyi vurğulanıb. “HƏMAS İranın ambisiyalarına xidmət edən, Səudiyyənin regionda sülh yaratmaq cəhdlərini pozmaq istəyən bir qrup” kimi təqdim edilib.

İran əleyhinə fikirləri ilə tanınan ABŞ dövlət katibinin keçmiş müavini Devid Şenker “Əl-Arabiyyə” kanalında çıxışında hücumun İranın təşviqi ilə təşkil edildiyini iddia edib. O, iddiasına sübut kimi HƏMAS-ın Livandakı nümayəndəsinin İranın paytaxtı Tehrana son səfərini göstərib. Şenker, İranın Səudiyyə Ərəbistanı və İsrailin normallaşma prosesinə görə " HƏMAS-dakı nümayəndələrindən İsraili qızışdırmağı" tələb etdiyini iddia edir. Şenker hücumların məqsədinin normallaşma razılaşmasını 5-6 ay "gecikdirmə" ehtimalının olduğunu deyir.

“Aş-şarq əl-Ausat” qəzetinin keçmiş baş redaktoru Tariq Əlhomayed “Qəzza və faydasız müharibə” adlı yazısında müharibəni “faydasız” adlandırmasını belə izah edib: “Faydasız müharibələr deyirəm, çünki onlar strateji məqsədi olmayan, İran və ona bağlı olan dövlətlərin dəstəklədiyi müharibələrdir, fələstinlilər üçün daha yaxşı həyat şəraiti təmin edəcək İsraillə sülh fürsətinə zərbədir. Üstəlik, Misir seçki ərəfəsindədir və ABŞ da seçki kampaniyasının başlanğıcındadır... İran əsl sülh və ya xüsusilə Səudiyyə-İsrail sülhü arzulamır, çünki bu baş verərsə, bölgənin simasını dəyişəcək”.

Rus mediası bölgədə artan gərginliklə bağlı ABŞ-ı tənqid edib (BBC). Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev verdiyi açıqlamada, İsrail və Fələstin arasında gərginliyin artmasının "gözlənilən" bir hadisə olduğunu bildirib. Medvedev Vaşinqton və onun "müttəfiqləri"ni ittiham edərək yazıb ki, "onlar bizim işlərimizə qarışmaqdan və Ukraynadakı nasist tərəfdarlarına kömək etməkdənsə, Fələstin və İsrail yaşayış məntəqələri ilə məşğul olmalı idilər. “Rossiya 1” telekanalının Fələstindən reportaj hazırlayan müxbiri HƏMAS-ı tərifləyərək onun "günahsız hərbi hərəkət etdiyini" və İsrailin buna cavab olaraq "300-dən çox günahsız mülki vətəndaşı" öldürdüyünü bildirib.

Çin Mərkəzi Televiziyasının (CCTV) 7 və 8 oktyabr tarixlərində xəbər bülletenlərinin əsas mövzusu Fələstinin İsrailin hava hücumlarına necə cavab verməsi olub. “ABŞ və bəzi Qərb ölkələrinin tez bir zamanda tərəf tutmaq qərarı nəinki problemin həllinə kömək etmir, həm də odun üstünə yanacaq qatır”, – dövlətə məxsus “Global Times “ qəzeti 8 oktyabr tarixli Çin və ingilis redaksiyalarında yazır.

Hindistanda media hökumətin mövqeyində “əhəmiyyətli dəyişikliyə” diqqət çəkib. Hindistan mətbuatının yazdığına görə, Dehli administrasiyası İsrail-Fələstin münaqişəsi ilə bağlı “diqqətlə nümayiş etdirilən balanslaşdırma mövqeyindən” uzaqlaşıb və İsrailin tezislərini dəstəkləyib.

Hindistan və Çinin mövqeyi fikrimizcə, bu məsələdə xüsusi olaraq maraq doğurur. Çünki İMEC (Hindistan-Yaxın Şərq-Avropa) dəhlizi ilk növbədə Hindistanın, “Orta dəhliz” isə Çinin marağındadır. Əvvəlki yazılarda İranın Zəngəzur dəhlizi ilə bağlı mənasız gərginlik yaratma təşəbbüslərinin Dehlini Cənub –Şərq dəhlizi layihəsindən uzaqlaşdıraraq başqa layihələrə meyilləndirdiyini qeyd etmişdik. Eyni zamanda Çinin İraq üzərindən daşımalara kapital yatırımlarına diqqət çəkərək süni gərginlik davam edəcəyi halda, Pekinin də başqa marşrut seçə biləcəyini təxmin etmişdik. HƏMAS-ın İsrailə hücumu yalnız Misir və ABŞ seçkilərinə təsir etmir və ya ərəb-yəhudi sülh anlaşmalarını pozmur, bu, həm də İMEC-in reallaşmasını sual altında qoyur və İranın dəhlizlərlə bağlı aktuallığını artırır.

Cəmaləddin Quliyev, siyasi ekspert


Oxunub: 330
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:13 | Qaz olmayacaq
    Bu gün, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    Bu gün, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    Bu gün, 19:07 | "Agac.az" mobil tətbiqi istifadəyə verildi
    Bu gün, 17:11 | “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
    Bu gün, 17:10 | Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
    Bu gün, 16:21 | Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
    Bu gün, 16:18 | Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
    Bu gün, 16:17 | Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
    Bu gün, 16:14 | Gəncin ifası Müslüm Maqomayevə bənzədildi – Video
    Bu gün, 14:45 | Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
    Bu gün, 14:36 | Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
    Bu gün, 14:34 | Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
    Bu gün, 14:33 | İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
    Bu gün, 14:20 | Namizəd Səfərova hökm oxundu
    Bu gün, 14:18 | ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
    Bu gün, 13:53 | "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
    Bu gün, 13:50 | “Kontakt” Əlinin sevgisinə səs verdi
    Bu gün, 13:43 | 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
    Bu gün, 13:11 | 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
    Bu gün, 13:08 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 13:05 | Övladlarına aliment ödəməyən qadına cəza verildi
    Bu gün, 08:23 | Gülnarə Kərimovanın İsveçrədə müsadirə edilmiş aktivləri Özbəkistana qaytarılacaq
    Bu gün, 08:12 | Səhər yeməyi üçün ən uyğun vaxt hansıdır? - Mütəxəssisdən açıqlama
    Bu gün, 07:37 | Qaradağda palçıq vulkanı püskürüb
    Bu gün, 07:31 | Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!
    Bu gün, 07:21 | Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı - Video
    Bu gün, 07:19 | Sosial müəssisədə doqquz gündür istilik yoxdur? - Video
    Bu gün, 07:16 | Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
    Bu gün, 07:09 | 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar - Video
    Bu gün, 02:03 | "Mançester Yunayted" xal itirdi, "Fənərbağça" qalib gəldi: Çempionlar Liqasında günün nəticələri
    Dünən, 23:34 | "Sabah" "Barselona"ya məğlub oldu
    Dünən, 22:17 | Hikmət Hacıyevin, Ramil Usubovun, Fuad Ələsgərovun, Altay Həsənovun və Kərəm Həsənovun qəbul günləri açıqlandı
    Dünən, 22:15 | Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb?
    Dünən, 22:13 | Nazirlər Kabinetindən yeni qərar: 100 manat
    Dünən, 22:11 | Tələbələr Abbaszadəyə müraciət etdi: Bizi geri qaytarın!
    Dünən, 20:50 | "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? - Video
    Dünən, 20:45 | Sabah bu şəhərdə qaz olmayacaq
    Dünən, 20:08 | Kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq
    Dünən, 20:07 | Gəncə şəhər stadionunda yanğın-taktiki təlim keçirildi
    Dünən, 20:04 | Ərdoğan Xəlifə Haftarla görüşdü
    Dünən, 20:02 | “Sabah” “Barselona”nı belə zərərsizləşdirə bilər - Rüştü
    Dünən, 19:14 | Bakıda avtobuslar üçün xüsusi svetofor... - Foto
    Dünən, 17:49 | Sosial şəbəkənin də ziyalısı, ziyalılığın da sosial şəbəkəsi olmalıdır
    Dünən, 17:29 | Sosial ödənişlərdə artım... - Nazirdən sevindirən açıqlama
    Dünən, 16:30 | İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - SİYAHI
    Dünən, 16:26 | Silikon qabların sağlamlığa təsiri ilə bağlı vacib məlumatlar
    Dünən, 16:20 | Müharibə veteranları üçün belə güzəştlər var
    Dünən, 16:18 | “Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur...
    Dünən, 16:15 | Nazir bu xanıma yüksək vəzifə verdi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.