Qazaxda vəzifəli şəxs vəfat etdi - FOTO
Qazaxda vəzifəli şəxs vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, İH başçısının Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəxtiyar Əmirov ürək tutmasından vəfat edib. Mərhumun yaxınlarınının sözlərinə görə, qəfil halı pisləşən B.Əmirovu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Allah rəhmət eləsin! Bir insan köçürsə dünyadan əgər, Sən elə bilmə ki, tək bir can gedir. Hər sönən baxışda saysız diləklər, Hər kiçik tabutda bir cahan gedir. Məhəmmədhüseyn Şəhriyar Qazax rayon Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsi Bəxtiyar Əmirov vəfat edib. Bəxtiyar müəllim kəndimizin mədəni, ziyalı oğlu idi. Qəfil vəfatı onu tanıyan hər kəsi sarsıtdı. Uzun illər dövlət işində çalışan Bəxtiyar müəllim hər kəsin sevgisini, hörmətini qazanmışdı. Bizim ailələr dost olublar. Onlar bizim üçün yad deyil, doğmadır. Bu qəfil xəbər mənə çox pis təsir etdi. Həyat yoldaşı Emeliya müəllimə İnstitutda bizə dərs deyirdi. Ailəlikcə mədəni, ziyalı insanlardır. Əziz Emeliya müəllimə, Nərmin, Elvin, hər birinizə Bəxtiyar müəllimin qəfil vəfatından kədərləndiyimizi bildirir, ailənizə, doğmalara dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Səbinə Yusif






















