SEPAH: Hörmüz boğazının bağlanması neftin qiymətini 200 dollara çatdıra bilər
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri, general İbrahim Cəbəri Hörmüz boğazının bağlanması fonunda neftin qiymətinin bir barel üçün 200 dollara çata biləcəyini bildirib. Mediaxeberleri.Az xəbər verir ki, məlumatı ISNA agentliyi yayıb. Hazırda neftin qiyməti 80 dolları keçib və artım davam edə bilər. Cəbəri iddia edib ki, İran Hörmüz boğazını bağlayıb və gəmilərin keçidinə icazə verilmir. General əlavə edib ki, bölgədən yanacaq çıxarmağa cəhd edən istənilən ölkəyə qarşı zərbə endiriləcək və indiyədək bir neçə gəmi hədəfə alınıb.Oxu.Az
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















