Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BDU-nun Qazax filialında “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib

  • Tarix: 26-02-2026, 14:13

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı faciəsi - Qalib xalqın silinməyən yaddaşı” adlı anım tədbiri keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, filialın professor-müəllim heyəti, tələbələr iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Xocalı faciəsinə həsr olunmuş fotoguşə ilə tanış olublar. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xocalı soyqırımı qurbanlarının, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. A.Rüstəmov qanlı, dəhşətli Xocalı soyqırımından 34 il ötməsinə baxmayaraq, xalqımızın 1992-ci ilin 26 fevralında dinc sakinlərimizin başına gətirilən müsibətləri unutmadığını söyləyib. 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyini və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi elan olunduğu qeyd edib. A.Rüstəmov möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını və artıq 6 ildir ki, anım mərasimini qalib xalq kimi qeyd etdiyimizi bildirib. Ulu Öndər Heydər Əliyevin şəhidlərimizin, soyqırımı qurbanlarının ailələrinə göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini, eləcə də ölkə başçısının həmin qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə daim qayğı göstərildiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. “Tarix heç nəyi unutmur, tarixdə heç nə unudulmur”, - söyləyən icra başçısı qeyd edib ki, bəşər tarixinə öz vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən 34 il keçir. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırım aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir. Amma Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırım aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırım faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktı kimi təsbit olundu. Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli Lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayaraq qeyd etmişdir ki, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə isə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. İcra başçısı qeyd ki, cənab Prezident “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir... Biz hələ də ümidlərimizi itirmirik... Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” fikirlərini 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin sentyabrında başlayan 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən çox-çox əvvəl söyləmişdi. Bu fikirlər onu göstərir ki, “Xocalıya ədalət”lə bağlı İlham Əliyev həm beynəlxalq təşkilatları, həm bu məsələdə maraqlı tərəf kimi çıxış etməyə çalışan qlobal gücləri yumşaq ifadə etsək, “Ədalət” imtahanı verməyə məhkum etmişdir.  2020-ci il Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Rəşadətli Azərbaycan Ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi  qovdu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Xocalıda Azərbaycan Bayrağının dalğalanması Ermənistana və onun havadarlarına göz dağıdır.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. A.Nəbiyev Azərbaycan tarixinə dəhşətli faciə kimi yazılan Xocalı soyqırımından 34 il keçməsinə baxmayaraq heç zaman unudulmayacağını vurğulayıb. O dəhşətli faciədə 106 nəfər qadın, 63 nəfər uşaq, 40 nəfər qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyini bildirib. 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini, 56 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. 487 nəfərin müxtəlif dərəcəli güllə, qəlpə yarası alaraq əlil olduğunu, 1275 nəfərin erməni əsirliyinin dəhşətlərindən keçdiyini, 155 nəfərin itkin düşdüyünü söyləyib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildiyini, soyqırıma siyasi-hüquqi qiymət verildiyini söyləyib. Məhz o dövrdən başlayaraq Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərildiyini diqqətə çatdırıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri olduğunu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində bu istiqamətdə məqsədyönlü işlər görüldüyünü vurğulayıb. A.Nəbiyev 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun yeni bir səhifə açdığını, bu müharibə ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini göstərməklə yanaşı, həm də şəhidlərimizin, soyqırımı, faciə qurbanlarının da qisasını aldığımızı söyləyib.

Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasında baş müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov “Xocalı faciəsi - tarixin qan yaddaşı” adlı məruzə ilə çıxış edərək soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla anıb.

BDU-nun Qazax filialının İctimai və təbiət fənlər kafedrasının müəllimləri Həqiqət Mehtiyeva “Qalib xalqın silinməyən yaddaşı”, Cəvahir Mustafayeva “Xocalı faciəsi - Azərbaycan tarixinin qanlı səhifələrindən biri kimi”, filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli “Xocalı faciəsi ədəbiyyatımızda”, Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Heydər Kəbirov “Xocalı soyqırımı tariximizin ən dəhşətli faciəsi kimi”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Gülər Məmmədli “Xocalı faciəsi gəncliyin gözü ilə”, Təhsildə sosial psixoloji xidmət ixtisasının II kurs tələbəsi Aysun Bəndəliyeva “Xocalı gənclərin yaddaşında” mövzularında çıxış edərək Xocalı faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar. Çıxışlarda illər ötsə belə Azərbaycan xalqının Xocalı soyqırımı qurbanlarını, həmin gün yaşanan dəhşətli hadisələri, erməni vəhşiliklərini unutmadığı qeyd edilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin unudulmaması, beynəlxalq ictmaiyyətin bu qanlı soyqırımı tanıması, qəbul etməsi, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyaya çatdırılması üçün gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyü, bu cür tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda reallaşan lokal xarakterli antiterror tədbirləri zamanı bütün şəhidlərimizin, soyqırımı qurbanlarının qisaslarının alındığı, qanlarının yerdə qalmadığı bir daha diqqətə çatdırılıb.


Oxunub: 700
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Bu gün, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Bu gün, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Bu gün, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Bu gün, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Bu gün, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Bu gün, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Bu gün, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Bu gün, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Bu gün, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Bu gün, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Bu gün, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Bu gün, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Bu gün, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Bu gün, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Bu gün, 16:34 | Prezident 2 fərman imzaladı
    Bu gün, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Bu gün, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Bu gün, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Bu gün, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Bu gün, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Bu gün, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Bu gün, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Bu gün, 14:16 | Bu yol tam bağlandı
    Bu gün, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Bu gün, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Bu gün, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Bu gün, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Bu gün, 13:23 | Sabah qar yağacaq
    Bu gün, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Bu gün, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Bu gün, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Bu gün, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Bu gün, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Bu gün, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Bu gün, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Bu gün, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Bu gün, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Bu gün, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Bu gün, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Bu gün, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Bu gün, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    Dünən, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    Dünən, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    Dünən, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    Dünən, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    Dünən, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    Dünən, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    Dünən, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    Dünən, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.