Yardımlıda təhsilin ANASI AĞLAR QALIB - "..."şirinliyi" verir, söhbəti bağlayır"
"Yardımlı rayon Arvana kənd tam orta məktəbinin direktoru Kamran İsayev Abbasxan oglu haqqında kifayət qədər şikayət paylaşsaq da, heç bir addım atılmamışdır..." Mediaxeberleri.Az xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış təhsil eksperti Sakit Muradov qeyd edib.Əlaqədar qurum və şəxslərdən hesabat tələb edən ekspert daha sonra bildirir: "İddia olunur ki, Kamran İsayevin arxasında Yardımlı rayon sektor müdürü Kamal Təhməzov dayanıb. Onu müdafiə edəndə məhz Kamal müəllimdir. Hər bir problem olan kimi direktor "şirinliyi" verir, söhbəti bağlayır. Şirinlik öz növbəsində Lənkaran Astara Regional Təhsil İdarəsinə də ötürülür.Bütün qanunsuzluqlar, bütün rüşvətxorluqla, beləliklə ört-basdır edilir".
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















