Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları və ya 1,13 % artaraq 70,36 ABŞ dolları təşkil edib.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
Belə ki, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 71,24 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,16 % artaraq 67,77 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş:





















