“Şamaxı” “Turan Tovuz”a, “Qəbələ” “Sabah”a qarşı
Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, sonuncu oyun gününə 2 matç nəzərdə tutulub. Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 2:1. Digər matçda isə lider “Sabah” “Qəbələ”nin qonağı olacaq. Bu oyun saat 17:00-da start götürəcək. Komandaların ilk dövrədə keçirilən matçında "Sabah" 1:0 hesablı qələbə qazanıb. 16 fevral 14:30. "Şamaxı" – "Turan Tovuz" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov VAR: Rəvan Həmzəzadə AVAR: Emin Əliyev Şamaxı şəhər stadionu 17:00. "Qəbələ" – "Sabah" Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov VAR: Kamranbəy Rəhimov AVAR: Elvin Bayramov Qəbələ şəhər stadionu 14 fevral "İmişli" - "Qarabağ" - 0:1 "Zirə" - "Karvan-Yevlax" - 1:0 15 fevral "Araz-Naxçıvan" - "Sumqayıt" - 1:0 "Kəpəz" - "Neftçi" - 1:3 Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Misli Premyer Liqası, 20-ci tur
Velko Şimiç (“Sabah”) - 9 qol
Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol





















