UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə bütün qruplar müəyyənləşdi
Fevralın 12-də Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin rəsmi püşkatma mərasimi keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, turnirin ilk oyunları 2026-cı ilin sentyabrında başlayacaq. Final mərhələsinin oyunları isə 2027-ci il 9-13 iyun tarixlərinə planlaşdırılıb. Qrup mərhələsinin qruplarını təqdim edirik: A liqası 1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə. 2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan. 3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya. 4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels. B liqası 1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya. 2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya. 3-cü qrup: İsrail, Avstriya, İrlandiya, İsveç. 4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Rumıniya, Kosovo. C liqası 1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San-Marino. 2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq. 3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova. 4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta. D liqası 1-ci qrup: Cəbəllütariq/Latviya, Malta/Lüksemburq, Andorra. 2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn.





















