"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub. Mediaxeberleri.Az bu barədə kluba istinadən xəbər verir. Qarşılaşma üçün hələlik 18 750 bilet satılıb. Qeyd edək ki, görüş fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Oxunub: 37
Xəbəri paylaş
Paylaş:





















