Mediaxeberleri.az
    
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ

Son xəbərlər :
  • "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
  • “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
  • "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
  • "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
  • Naftalanda 3 məktəblini maşın vurdu
  • Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
  • İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
  • “Real” Kurtua ilə bağlı qərarını verdi
  • Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
  • Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
  • DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
  • Bu iki qidanı birlikdə yemək olar?
  • Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
  • Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
  • Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
  • Elton qızına toy edir - VİDEO
  • Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
  • Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
  • Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
  • Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO

  • Tarix: 12-02-2026, 12:53

Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilmiş və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbas Aydın oğlu Abbasov və Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov, eləcə də Ramiz Ənvər oğlu Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Əmirhüseyn oğlu Kərimli, partiyanın üzvləri - Fuad Əli oğlu Qəhrəmanlı, Qənimət Səlim oğlu Zayıdov və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərib, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü Məmməd Əziz oğlu İbrahim və digərləri vasitəsilə qəbul etdikləri 933 828.40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.


Cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.

Məlum olub ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, "Milli Şura"nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda "şura"nın fəaliyyətinin dəstəklənməsi xahiş edilib, həmin ölkədə aparılan "islahatlar"ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

Qeyd olunan ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Bundan başqa, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Qurban oğlu Əmirov və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 000 000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.





Oxunub: 762
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    Bu gün, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    Bu gün, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Bu gün, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Bu gün, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    Bu gün, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    Bu gün, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    Bu gün, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    Bu gün, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Bu gün, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    Bu gün, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    Bu gün, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    Bu gün, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    Bu gün, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    Bu gün, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    Bu gün, 16:46 | Elton qızına toy edir - VİDEO
    Bu gün, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    Bu gün, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    Bu gün, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    Bu gün, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Bu gün, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Bu gün, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Bu gün, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Bu gün, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Bu gün, 14:30 | Müavinət və təqaüd alanların nəzərinə!
    Bu gün, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Bu gün, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Bu gün, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Bu gün, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Bu gün, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Bu gün, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Bu gün, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Bu gün, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Bu gün, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Bu gün, 12:27 | İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
    Bu gün, 12:24 | Parataekvondoçumuz dünya çempionu oldu
    Bu gün, 12:19 | Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
    Bu gün, 12:17 | Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
    Bu gün, 12:14 | Toyda oynamaq üstündə qan töküldü
    Bu gün, 11:59 | Nar ixracına məhdudiyyət qoyula bilər – AQTA-dan xəbərdarlıq
    Bu gün, 11:55 | ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... - Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
    Bu gün, 11:51 | Sabiq təhsil nazirinə vəzifə verildi
    Bu gün, 11:40 | Ordubadda ər-arvad eyni gündə vəfat etdi
    Bu gün, 11:35 | Media subyektləri və fərdi jurnalist müsabiqələrində yeniliklər olacaq
    Bu gün, 11:33 | BDU-nun yeni rektorundan ilk açıqlama - "Böyük vədlərlə başlamaq istəməzdim"
    Bu gün, 10:58 | Rusiyadan Krım körpüsünün vurulmasına cavab – Paytaxt və iri şəhərlərə aramsız zərbələr endirilir
    Bu gün, 10:14 | “Atlant”ın rəhbəri vəfat etdi
    Bu gün, 09:09 | Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...
    Bu gün, 09:04 | Misli Premyer Liqası: Bu gün "Zirə" "İmişli"nin, "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq
    Bu gün, 07:56 | Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.