PENSİYALAR BU TARİXDƏ TAM ÖDƏNİLƏCƏK - 2 ayın artımı ilə birgə
Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Məlumatda qeyd olunur ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















