"Qarabağ"ın oyunu təxirə salınır? - Video
Bu gün Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı" - "Qarabağ" matçının keçirilməsi nəzərdə tutulub. Ancaq hazırda Şamaxıya yağan qar görüşün təxirə salınması ehtimalını yaradır. Mediaxeberleri.Az xəbər verir ki, "Şamaxı" klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov Qol.az-a açıqlamasında səhər saatlarından intensiv şəkildə yağan qarın meydançanı tamamilə örtdüyünü deyib. Onun sözlərinə görə, matçın keçirilib-keçirilməməsi havanın durumundan asılıdır. Klub rəsmisi bildirib ki, hazırda meydançanın qardan təmizlənməsi işləri davam edir. Xatırladaq ki, oyunun başlanma saatı 14:30-a təyin edilib.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















