"Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Araz-Naxçıvan"a qalib gəldi
Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun gününə təyin olunan matçlar yekunlaşıb. İlk oyunda "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edib. Matç "Neftçi"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. Günün son oyununu turun mərkəzi qarşılaşması adlandırmaq olar. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" hazırda 39 xalla 2-ci, bir oyun az keçirən "Turan Tovuz" isə 30 xalla 3-cüdür. İlk dövrədə "Qarabağ" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. 1 fevral Misli Premyer Liqası, 18-ci tur 18:30. “Qarabağ” – “Turan Tovuz” - 1:0 Qol: Abdullah Zubir, 41 16:00. “Araz - Naxçıvan” – “Neftçi” - 0:4 Qol: İqor Ribeyro, 4, Bassala Sambu, 40, Alessio Kurçi, 84, Vensan Abubakar, 90+2 30 yanvar (cümə) “Karvan-Yevlax” - “Sumqayıt” - 0:2 “Qəbələ” - “İmişli” - 3:2 31 yanvar (şənbə) “Zirə” - “Sabah” - 1:3 “Kəpəz” - “Şamaxı” - 0:2 Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Bassalu Sambu ("Neftçi") - 7 qol Karim Rossi ("Şamaxı") - 6 qol
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
"Liv Bona Dea Arena" 





















