Qapıçını meydanda belə “satın aldı” - VİDEO
Ulduz bloqçu və influenser MrBeast (Cimmi Donaldson) bir daha sübut edib ki, hətta futbol meydançasında belə şou göstərə bilir. Mediaxeberleri.Az xəbər verir ki, Qətərdə keçirilən xeyriyyə matçı əsl futbol trilleri idi, lakin ən yaddaqalan məqam 74-cü dəqiqədə baş verib. Hesab 7-5 olduqda, bloqçunun komandasının lehinə pnalti təyin edilib. Lakin bloqçu zərbəni yerinə yetirmək əvəzinə, qəfildən çamadan göstərib. Onun içərisində 10.000 dollar nağd pul var idi. MrBeast təntənəli şəkildə pulu qapıçıya veribi və ona sadəcə qapıdan uzaqlaşmağı təklif edib. Qapıçı çamadanı götürüb, lakin tribunalarla məsləhətləşmək qərarına gəlib, azarkeşlər rüşvət ideyasını alqışlayıblar. Əfsanəvi Frank Riberi və bir neçə oyunçu onu fəal şəkildə “razılaşmanı qəbul etməyə” təşviq etdilər. Və nəticədə bloqçu topu boş qapıya göndərib.





















