"Qəbələ" "İmişli"yə, "Sumqayıt" "Karvan-Yevlax"a qalib gəldi
Bu gün Misli Premyer Liqasında 18-ci tur start götürüb. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun gününə 2 matç nəzərdə tutulub. Əvvəlcə "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında 1-ci dövrənin oyunu "gənclik şəhəri" təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün 2-ci matçında "Qəbələ" "İmişli" ilə qarşılaşıb. Oyun "Qəbələ"in 3:2 hesablı qalibiyyəti ilə bitib. Sözügedən komandaların 1-ci dövrədəki görüşü isə 2:2 hesabı ilə başa çatmışdı. 30 yanvar (cümə) 17:00. “Qəbələ” – “İmişli” - 3:2 Qollar: Dieqo Almeyda, 7 (0:1), Domi Massumo, 27 (1:1), 45+6 (2:1), Dieqo Almeyda, 61 (2:2), Domi Massumo, 88 (3:2) 14:30. “Karvan-Yevlax” – “Sumqayıt” - 0:2 Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vazkez, 33 31 yanvar (şənbə) 14:30. “Kəpəz” – “Şamaxı” 17:00. “Zirə” – “Sabah” 1 fevral (bazar) 16:00. “Araz - Naxçıvan” – “Neftçi” 18:30. “Qarabağ” – “Turan Tovuz” Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Bassalu Sambu ("Neftçi") - 6 qol Karim Rossi ("Şamaxı") - 6 qol
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Yevlax şəhər stadionu





















