UEFA Çempionlar Liqası: “Qarabağ” “Liverpul”a böyük hesabla məğlub oldu
Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci turunda məğlub oldu. Mediaxeberleri.Az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi "Liverpul"la qarşı-qarşıya gəldi. "Enfild" stadonunda keçirilən görüş Mərkəzi Avropa vaxtı ilə bu gün saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlandı. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə etdilər. "Qarabağ"ın rəqibi Avropanın və ölkəsinin ən böyük komandalarından sayılır. “Liverpul” 20 dəfə İngiltərə çempionu, 6 dəfə UEFA Çempionlar Liqası/Çempionlar kuboku yarışının qalibidir. Hazırda "Qarabağ" turnir cədvəlində 10 xalla 18-ci yeri tutur. "Liverpul" isə 15 xalla 4-cüdür. Bu oyun hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə pley-offa adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq. Ümumilikdə 8-ci turun 18 matçının hamısı eyni gün və eyni saatda start götürəcək. Xatırladaq ki, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 8-ci tur 00:00. "Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0 Qollar: Aleksis Makallister, 15, Florian Virtz, 21, Məhəmməd Salah, 50, Uqo Ekitike, 57, Aleksis Makallister, 62, Federiko Kyeza, 90 Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç VAR: Pol van Boekel AVAR: Yan Boterberq "Enfild" stadionu, Liverpul, İngiltərə.





















