Qızıl və gümüş bahalaşmaqda davam edir - Yeni rekord
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 5 min dolları keçərək yeni rekord səviyyəyə çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapır. Yanvarın 26-da Bakı vaxtı ilə saat 02:41-ə olan məlumata görə, qızılın qiyməti 1 trua unsiyası üçün 5090.5 dollar təşkil edib. Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata görə, qiymətli metalın dəyəri trua unsiyası üçün 5007.5 dollar (+0.49%) olub. "Comex" birjasında 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti də tarixi maksimumunu yeniləyərək trua unsiyası üçün 100 dolları keçib. Saat 03:00-a olan məlumata görə, gümüşün qiyməti 1 trua unsiyası üçün 109.305 dollar təşkil edib. Saat 03:23-ə qədər onun dəyəri 104.74 dollar (+1.43%) səviyyəsinə düşüb.























