"Kəpəz" "Qarabağ"a, "Qəbələ" "Şamaxı"ya qalib gəldi
Misli Premyer Liqasında 17-ci tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb. Əvvəlcə "Şamaxı" "Qəbələ"ni qəbul edib. Görüşdə "Qəbələ" 4:0 hesabı ilə üstün olub. Bu qələbə sayəsində "Qəbələ" xallarıın sayını 11-ə çatdırıb və 10-cu pilləyə yüksəlib. Sözügedən komandalar arasında 1-ci dövrənin oyununda "Şamaxı" 1:0 hesablı qələbə qazanmışdı. Günün 2-ci matçında "Qarabağ" evdə "Kəpəz"lə qarşılaşıb. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların 1-ci dövrədəki görüşündə Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti qeydə alınıb. 24 yanvar (şənbə) 16:30. “Qarabağ” – “Kəpəz” - 0:2 Qol: Ryonosuke Ohori, 24, Ehtiram Şahverdiyev, 55 14:00. “Şamaxı” – “Qəbələ” - 0:4 Qollar: D.Massumo, 45 (0:1), İ.Amoah, 46 (0:2), İ.Akinade, 81 (0:3), F.İsgəndərov, 90+4 (0:4) 25 yanvar (bazar) 16:00. “Turan Tovuz” – “Sumqayıt” 18:30. “Sabah” – “Karvan-Yevlax” 23 yanvar (cümə) “Neftçi” – “Zirə” - 0:0 “İmişli” – “Araz-Naxçıvan” - 2:2 Bombardirlər: Coy-Lens Mikels (“Sabah”) - 9 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Bassalu Sambu ("Neftçi") - 6 qol Karim Rossi ("Şamaxı") - 6 qol
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu





















