"Qarabağ" ÇL-da neçənci yerdədir?
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”ı 3-2 məğlub etməklə turnir cədvəlində irəlilədi. Mediaxeberleri.Azxəbər verir ki, xallarının sayını 10-a çatdıran təmsilçimiz hazırda 18-ci pillədə qərarlaşıb. Cədvəldə 17-ci pillədə isə Türkiyə təmsilçisi "Qalatasaray" yer alır. "Qarabağ" Liqa mərhələsinin son görüşündə "Liverpul"la (İngiltərə) qarşılaşacaq. Ağdam təmsilçisi son oyundan əvvəl pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb. Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Oxunub: 363
Xəbəri paylaş
Paylaş:





















