"Qarabağ" və "Qalatasaray"ın oyunları hansı kanallarda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin yeddinci turunun son oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, gecənin əsas qarşılaşmalarında "Qarabağ" Bakıda "Ayntraxt Frankfurt"u, "Qalatasaray" isə İstanbulda "Atletiko Madrid"i qəbul edəcəklər. İzləyicilər "Qarabağ" - "Ayntraxt Frankfurt" oyununu "CBC Sport" TV-də, "Qalatasaray" - "Atletiko Madrid" oyununu isə İctimai TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə "Yuventus" "Benfika" ilə, "Marsel" "Liverpul" ilə üz-üzə gələcəklər. "Yuventus" - "Benfika" qarşılaşması "CBC Sport" TV-də, "Marsel" - "Liverpul" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq. UEFA Çempionlar Liqası VII tur 21 yanvar Saat 21:45, "Qarabağ" - "Ayntraxt Frankfurt" ("CBC Sport" TV), Saat 21:45, "Qalatasaray" - "Atletiko Madrid" (İctimai TV). 22 yanvar Saat 00:00, "Yuventus" - "Benfika" ("CBC Sport" TV); Saat 00:00, "Marsel" - "Liverpul" (İctimai TV).





















