Türkiyədə Ukrayna ilə bağlı görüşün tarixi açıqlandı
Türkiyədə Ukrayna ilə bağlı görüş oktyabrın son ongünlüyündə baş tuta bilər. Mediaxeberleri.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Türkiyədə Ukrayna ilə bağlı görüşün tarixi məlum olub. Məlumata görə, görüş oktyabrın son ongünlüyündə baş tuta bilər. Hazırda diplomatik kanallar vasitəsilə koordinasiyanın aparıldığı bildirilir: “Hələlik dəqiq tarix yoxdur, koordinasiya gedir. Görünür, bu, oktyabrın son ongünlüyü olacaq”. Qeyd edək ki, görüşdə ABŞ prezidenti Co Baydenin müşaviri Ceyk Sallivan da daxil olmaqla müxtəlif ölkələrdən milli təhlükəsizlik müşavirlərinin iştirakı gözlənilir.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: