Ağstafada 20 Yanvar şəhidinin xatirəsi yad edildi - Foto
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra məsul şəxslərlə birgə iştirak etdiyi ziyarətdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu, şəhidlərin adı əbədiləşdirildi, ailələri dövlətin himayəsinə alındı, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu, təkcə sosial məsələ deyildi, həm də milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyırdı. Şəhidin qardaşı İlqar Əzizov və digər ailə üzvləri dövlətimiz tərəfindən hər zaman xalqımızın qəhrəman Vətən övladlarının əziz xatirəsinə göstərilən dərin hörmət və ehtirama görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Hər il olduğu kimi bu il də qanlı faciənin ildönümündə ağstafalı 20 Yanvar şəhidimiz Habil Komunar oğlu Əzizovun Vurğun qəsəbəsində məzarı ziyarət olunub, doğma evində ailə üzvlərinə baş çəkilib.





















