Qızıl və gümüş bahalaşmaqda davam edir - Yeni rekord
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 95 dolları keçib. Mediaxeberleri.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından aydın olur. Bu gün Bakı vaxtı ilə saat 12:53-ə olan məlumata görə, qiymətli metalın dəyəri 7.38% artaraq trua unsiyası üçün 95.07 dollara çatıb. Bakı vaxtı ilə saat 12:58-də gümüşün qiyməti trua unsiyası üçün 95.29 dollar (+7.63%) olub. "Comex" birjasında 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin trua unsiyası isə 4 736.6 dollar (+3.07%) təşkil edib.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















