Tovuzda şəhid ruhuna SAYĞISIZLIQ - yaxınları CƏZA TƏLƏB EDİR
Belə ki, XTQ mənsubu, 44 günlük savaşın və Antiterror əməliyyatının iştirakçısı Hacıəli Qasımovun şəkli üzərində qeyri-etik hərəkətlər edilib. Bu barədə Gununsesi.info -ya məlumatı şəhidin yaxın qohumu Rəşad Əliyev bildirib. Onlar bunu edən şəxs və ya şəxslərin tapılaraq cəzalanmasını istəyirlər. “Elşad Hacıyevdən şəhidin yaxını olaraq xahiş edirəm ki, bunu edən tapılsın, ifşa edilsin. Mən buna inanıram. İnanıram ki, polis qardaşlar bizi sevindirəcək”,- deyə şəhidin əmisi qeyd edib. Qeyd edək ki, XTQ mənsubu, 44 günlük savaşın və Antiterror əməliyyatının iştirakçısı Hacıəli Qasımov Xankəndi ətrafında erməni snayperi tərəfindən açılan atəş nəticəsində alnından güllə yarası almış və 4 ay komada qalmışdır. 9 medal bir ordenlə təltif olunub.
Tovuz rayonunun Qaraxanlı kəndində xoşagəlməz hal yaşanıb.
Sözügedən məsələ ilə bağlı şəhidin yaxınları sosial şəbəkədə də paylaşım edərək polisdən kömək istəyirlər.





















