Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “20 yanvar - Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

  • Tarix: 20-01-2026, 12:59

Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş  “20 yanvar - Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları və fəalları, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.                  

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin və 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, xalqımızın qan yaddaşı və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, faciə qurbanlarına Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. İcra başçısı bildirib ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının başlanğıc və zirvə nöqtəsidir. Rayon rəhbəri 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi-siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, möhtərəm Prezident İlham Əliyev tərəfindən bu gün faciə, soyqırım, qətliam qurbanlarına, müqəddəs şəhidlərə göstərilən ehtiramdan, şəhid ailələrinə olan diqqət və qayğıdan ətraflı söz açıb. İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı doğma Xankəndiyə, Xocalıya qovuşmağımızla, suverenliyimizin, ərazi bütövlüyümüzün tam olması ilə bütün şəhidlərimizin, o cümlədən də 20 Yanvar faicəsi qurbanlarının ruhlarının rahatlıq tapdığını, igid Vətən övladlarının qanlarının yerdə qalmadığını, qisaslarının alındığını söyləyib. Xalqımızın Vətən yolunda canlarından keçən oğullarını, faciə, soyqırım qurbanlarını heç zaman unutmadıqlarını, illər ötsə belə hər zaman böyük hörmət və ehtiramla yad etdiklərini diqqətə çatdırıb. Xalq olaraq müstəqilliyimizi, suverenliyimizi, daimi, əbədi, ərazi bütövlüyümüzü tam edən şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduğumuzu bildirib.

Artıq 20 Yanvar faciəsindən 36 il ötdüyünü bildirən YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bu faciənin müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda atdığı bir qəhrəmanlıq, milli qürur günü olduğunu vurğulayıb. Rayon təşkilatının sədri 20 Yanvar hadisələri zamanı müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda böyük qəhrəmanlıq və cəsarət nümayiş etdirdiyini vurğulayıb. Natiq xalqımızın başına gətirilən bu faciənin müstəqilliyə gedən yolun başlanğıcı, dövlətçilik tariximizin qanlı və şanlı səhifəsi olduğunu qeyd edib. A.Nəbiyev bildirib ki, 20 Yanvar faciəsi həm də şərəfli bir qəhrəmanlıq salnaməsidir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. A.Nəbiyev bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin zaman-zaman öz istəklərinə, öz hədəflərinə çatdığını bildirib. Rayon təşkilatının sədri müstəqil, suveren Azərbaycanın güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya və dünya şöhrətli Liderə malik olduğunu xüsusi qeyd edərək əldə olunan uğurlardan, qələbələrdən də geniş bəhs edib. A.Nəbiyev bütün şəhidlərin və faciə qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının artıqlaması ilə alındığını bildirib və onlara rəhmət diləyib. 

Bakı Dövlət Universitetinin Qazax filialının tarix müəllimi Ülviyyə Bayramova, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində şanlı qələbə qazanmış ölkə kimi bütün dünyada tanınır, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ölkəmiz bu yerlərə gələnə kimi qanlı-qadalı günlərdən, faicələrdən, soyqırımlardan keçib, ağır günlər yaşayıb. 20 Yanvar faciəsi də müstəqilliyimizə gedən yolun ilk başlanğıcı kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Bildirilib ki, “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyildiyi, Ulu Öndərin səsləndirdiyi kimi “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda şəhidlərini vermişdir”. Bu gün ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti yürüdülür. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi kimi “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Partiya veteranlarından Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıblar. Şəhidlərimizə, 20 Yanvar faciəsinə həsr etdikləri şeirləri səsləndirərək ehtiramlarını ifadə ediblər.

Qazax Dövlət Dram Teatrının aktyorları Rüfət Əhmədov və Aytac Cəfərova ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.



Oxunub: 520
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Bu gün, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Bu gün, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Bu gün, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Bu gün, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Bu gün, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Bu gün, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Bu gün, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Bu gün, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Bu gün, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Bu gün, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Bu gün, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Bu gün, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Bu gün, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Bu gün, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Bu gün, 16:34 | Prezident 2 fərman imzaladı
    Bu gün, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Bu gün, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Bu gün, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Bu gün, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Bu gün, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Bu gün, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Bu gün, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Bu gün, 14:16 | Bu yol tam bağlandı
    Bu gün, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Bu gün, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Bu gün, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Bu gün, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Bu gün, 13:23 | Sabah qar yağacaq
    Bu gün, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Bu gün, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Bu gün, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Bu gün, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Bu gün, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Bu gün, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Bu gün, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Bu gün, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Bu gün, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Bu gün, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Bu gün, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Bu gün, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Bu gün, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    Dünən, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    Dünən, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    Dünən, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    Dünən, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    Dünən, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    Dünən, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    Dünən, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    Dünən, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.