“Qərbin təmin etdiyi heç bir sistem Ukraynanın qələbəsini təmin etməyəcək” - ABŞ institutu
“Qərbin təmin etdiyi heç bir sistem Ukraynanın qələbəsini təmin etməyəcək”. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildirilib. Qeyd olunub ki, heç bir sistem Ukraynaya həlledici üstünlük qazandırmayacaq: “Adları açıqlanmayan dörd ABŞ rəsmisi daha əvvəl ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya az sayda uzaqmənzilli raketlər verəcəyini deyib. Onların sözlərinə görə, Bayden bu barədə Ukrayna lideri Volodimir Zelenskiyə şəxsən məlumat verib”. Bildirilib ki, buna baxmayaraq, Ukrayna işğal altındakı Krım yarımadasında Rusiya qüvvələrini və hərbi – texniki bazalarını hədəf almağa davam edir: “Qərbin uzaqmənzilli raket tədarükü Ukraynaya Rusiyanın arxa tərəfinə növbəti zərbələr endirməyə imkan verəcək”. Hesabatda, həmçinin yazılıb ki, Ukraynanın Qərbdən silah tələbi əks-hücum əməliyyatlarını davam etdirmək üçün haqlı tələbdir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatlarını davam etdirir.