Xarici diplomatlar Şəhidlər xiyabanını ziyarət ediblər
Xarici ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Mediaxeberleri.Az-ın məlumatına görə, diplomatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəxslərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər. Xatırladaq ki, Qanlı Yanvar hadisəsindən 36 il ötür.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















