Afrika Millətlər Kubokunun qalibi məlum oldu
Afrika Millətlər Kubokunun qalibi məlum olub. Mediaxeberleri.Az xəbər verir ki, turnir Mərakeşdə keçirilib. Həlledici oyunda meydan sahibləri ilə Seneqal millisi üz-üzə gəliblər. Oyunun əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Əlavə vaxtda isə seneqallılar fərqlənərək kuboka sahib çıxıblar - 1:0. Seneqal 2021-ci ildə də yarışın qalibi olub. Qeyd edək ki, Misir kollektivini penaltilər seriyasında məğlub edən Nigeriya millisi turnirdə üçüncü yerlə kifayətlənib.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















