Azərbaycan Belarusdan torf tədarükünü kəskin artırıb
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,26 milyon ABŞ dolları dəyərində 13 min 457 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 11 % çoxdur. Hesabat dövründə Azərbaycan Gürcüstandan 948 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çox) 9 min 490 ton (+38 %), Rusiyadan 375 min ABŞ dolları dəyərində (-29 %) 1 min 490 ton (-50 %), Latviyadan 275 min ABŞ dolları dəyərində (-12 %) 615 ton (-20 %), Belarusdan 239 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 813 ton (+3 dəfə), Estoniyadan 165 min ABŞ dolları dəyərində (-34 %) 381 ton (-35 %) məhsul alıb. 2024-cü ildə Azərbaycana idxal edilmiş 15 min 491 ton torfun 59 %-i Gürcüstanın payına düşüb.





















