DİQQƏT! Bu tarixdən Ağstafa şəhərində suyun verilməsində fasilə yaranacaq - RƏSMİ SƏBƏB
Ağstafa şəhərinin içməli su təchizatı ilə əlaqədar əhalinin nəzərinə! Aidiyyəti üzrə Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində diametri 315 mm-lik siyirtmənin yenisi ilə əvəz edilməsi və 280 mm-lik su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 21 yanvar 2026-cı il tarixində Ağstafa şəhərinə verilən içməli suyun verilişində müvəqqəti olaraq məhdudiyyət yaranacaqdır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, işlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq. Nəzərə almağınızı xahiş edirik!
Oxunub: 67
Xəbəri paylaş
Paylaş:





















